61cd6a38-f951-4c6c-b19f-35418fa3c9ba..jpg

Zəfər Gününə həsr olunmuş veloyürüş keçirilib

Baxış sayı: 520 dəfə baxılıb.

Zəfər Gününə həsr olunmuş veloyürüş keçirilib
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycan Velosiped Federasiyası (AVF) və Müdafiə Sənayesi Nazirliyinin (MSN)
birgə təşkilatçılığı, Gənclər və İdman Nazirliyinin dəstəyi ilə Səbail
rayonunda yerləşən Veloparkın ərazisində 8 Noyabr – Zəfər Günü münasibətilə
veloyürüş keçirilib.

Vətən müharibəsində qazanılmış tarixi qələbəyə həsr olunan veloyürüşdə
Azərbaycan millisinin, AVF-nin, MSN-in Velosiped İdman Klubunun üzvləri, Dövlət
Miqrasiya Xidmətinin əməkdaşları, digər peşəkar və həvəskar velosipedçilər
iştirak ediblər.

Ümumilikdə 100 nəfərdən çox velosipedçi Veloparkın mərkəzindən start
götürərək, təyin olunmuş marşrut üzrə 2 dairə vurublar.

İştirakçılar sonda xatirə şəkli çəkdiriblər.

Source link