Zəif Qolfstrim bəşəriyyətin fəlakəti olacaq

Zəif Qolfstrim bəşəriyyətin fəlakəti olacaq

Baxış sayı: 2. 747 dəfə baxılıb.

London Universitetinin kollecinin alimləri aşkar ediblər ki, Qolfstrim dəniz cərəyanının sürəti azalaraq, son 1600 ildə minimuma çatıb.

Tədqiqatçıların fikrincə, bu, Qərbi Avropada sərt qışın, dəniz səviyyəsinin sürətli qalxmasına və tropik yağışların zəifləməsinə gətirib-çıxara bilər.

Bu barədə ÇıxışYolu.Com “The Guardian”a istinadən xəbər verir.

Qolfstrim Atlantik meridianal sirkulyasiyasına – okeanın üst qatlarında cənubdan şimala gedən isti axınlar və əks istiqamətə axan dərin soyuq suların axın sisteminə daxildir.

Qlobal istiləşmə suyun soyumasına mane olur, Arktikadakı buzlərın əriməsi isə Şimal Buzlu Okeana daha böyük həcmdə şirin suyun axmasına və müvafiq olaraq daha az sıx suyun olmasına gətirib çıxarır.

Alimlər isti Qolfstrim və soyuq Labrador axınının toqquşmasının yanında yerləşən ABŞ-ın Şimali Karolina ştatındakı Xatteras burnunda olan çöküntüləri analiz ediblər.

Bu səbəbdən, gəmilər üçün təhlükəli olan qumdan qatı və qum daşları meydana gəlir. Qum dənələrinin ölçüsünə görə axının gücünü bu və ya digər dövr üçün ehtimal etmək olar.

Məlum olub ki, Atlantik meridianal sirkulyasiyasının sürəti 15% zəifləyərək, 1500 ildən çox müddətdə minimal rekord həddə çatıb. O, XIV-XIX əsrlərdə kiçik buzlaşma dövrü bitdikdən sonra zəifləməyə başlayıb.

Tədqiqatçılar həmçinin bu nəticəyə gəliblər ki, Qolfstrim daha da zəifləyəcək, çünki Yerin atmosferi insanın böyük həcmdə qazıntı yanacağı yandırmasına görə qızmağa davam edir.

www.ÇıxışYolu.Com