9838995f-ac73-41bb-8b0c-70de5bf4c3b5..jpg

Zəlzələ Azərbaycandan Türkiyəyə gedən tələbələrin sayına necə təsir göstərəcək?

Baxış sayı: 1. 001 dəfə baxılıb.

Zəlzələ Azərbaycandan Türkiyəyə gedən tələbələrin sayına necə təsir göstərəcək?

Fevralın 6-da Türkiyənin Kahramanmaraş vilayətinin Pazarcık rayonunda 7,7 bal,
Elbistan rayonunda 7,6 bal gücündə iki zəlzələ baş verib. Dərinliyi 7 kilometr
olan zəlzələ 10 vilayətdə ciddi dağıntılara səbəb olub. Zəlzələdən zərər çəkmiş
10 vilayətdə üç ay müddətinə fövqəladə vəziyyət rejimi elan olunub.

Qardaş ölkədə baş verən bu təbii fəlakət təhsil sahəsindən də yan keçməyib.
Qeyd edək ki, hazırda Türkiyənin müxtəlif ali təhsil müəssisələrində 136
Azərbaycan Respublikası vətəndaşı dövlət xətti (dövlət proqramları, HTP/YTB
PhD) ilə təhsil alır.

Bəs baş verən zəlzələ Türkiyənin xarici təhsil sahəsinə nə dərəcədə təsir edə
bilər? Azərbaycandan və digər ölkələrdən təhsil üçün Türkiyəyə üz tutanların
sayında azalma baş verə bilər?

Məsələ ilə bağlı Trend-in suallarını cavablayan Elm və Təhsil Nazirliyi
yanında İctimai Şuranın üzvü, Azərbaycan Gənc Alim, Doktorant və Magistrlər
Cəmiyyətinin sədri, fəlsəfə doktoru İlqar Orucov qeyd edib ki, zəlzələ
Azərbaycandan Türkiyəyə gedən tələbələrin sayına ciddi təsir etməyəcək.

“Türkiyənin zəlzələ bölgəsində bir çox universitetlər var. Təbii ki həmin
zonalardakı universitetlərə gedənlər olmayacaq. Bütövlükdə bunun Türkiyəyə
gedən tələbələrin sayına təsiri olmayacaq. Artıq Türkiyədə təhsil onlayn davam
edir. Təxminən yaya qədər dərslər distant formada keçiriləcək. Əlbəttə, bu da
öz təsirini göstərəcək. Vətəndaşlarımızın Türkiyədə təhsili seçməsinin əsas
səbəblərindən biri həm yaxın olması, həm də dil cəhətdən çətinlik olmamasıdır.
Bütün bunlar tələbələr üçün Türkiyədə təhsili digər ölkələrə nisbətən daha
əlçatan edir”,- deyə o əlavə edib.

Source link