8a4fca85-bf23-487b-9e9d-405801987805..jpg

Zəlzələ ilə bağlı göndərilən yardımdan niyə ƏDV tutulur? – AÇIQLAMA

Baxış sayı: 694 dəfə baxılıb.

Zəlzələ ilə bağlı göndərilən yardımdan niyə ƏDV tutulur? – AÇIQLAMA

Türkiyədə baş vermiş zəlzələ nəticəsində zərərçəkənlərə yardım məqsədi ilə
Azərbaycan vətəndaşları tərəfindən qardaş ölkədə yaradılmış xüsusi fondlara
maddi vəsait və ianələr şəklində dəstək göstərilir. Maddi yardım təqdim edən
vətəndaşlar elektron ödəniş sistemlərindən istifadə edirlər ki, bu zaman
vətəndaşların pul köçürmələrindən vergi tutulması kimi hallar barədə
ictimaiyyət arasında məlumatlar yayılıb.

Bu barədə “Report”un sorğusuna cavab olaraq İqtisadiyyat Nazirliyi yanında
Dövlət Vergi Xidmətindən (DVX) məlumat verilib.

Bildirilir ki, vergi qanunvericiliyinə əsasən, ƏDV-nin məqsədləri üçün
qeydiyyata alınmayan qeyri-rezidentə elektron ticarət qaydasında işlərin və
xidmətlərin təqdim edilməsinə görə vergi orqanlarında uçotda olmayan şəxslər
tərəfindən ödənişlər aparılarkən bu maddə ilə müəyyən edilmiş qaydada
qeyri-rezidentə ödənilməli olan məbləğə ƏDV hesablanmalı və ödənilməlidir.

Eyni zamanda “Elektron ticarət haqqında” Azərbaycan Respublikasının Qanununun
1.0.1-ci maddəsinə əsasən, elektron ticarət – informasiya sistemlərindən
istifadə edilməklə malların alqı-satqısı, xidmətlərin göstərilməsi və işlərin
görülməsi (o cümlədən internet şəbəkəsi vasitəsi ilə elektron kitabların,
musiqinin, audio-video materialların, qrafik təsvirlərin, virtual oyunların,
proqram təminatlarının yüklənməsi, reklamların yerləşdirilməsi, digər analoji
iş və xidmətlər) üzrə həyata keçirilən fəaliyyətdir.

“Hazırda vətəndaşlar tərəfindən Türkiyədə baş vermiş zəlzələ nəticəsində
zərərçəkənlərə yardım məqsədi ilə elektron qaydada aparılan ödənişlər hər hansı
elektron ticarət qaydasında göstərilən iş və xidmətlərin alışı ilə bağlı
olmadığından həmin ödənişlərdən ödəməni həyata keçirən banklar tərəfindən 18%
dərəcə ilə ƏDV tutulmur.

Bu baxımdan vətəndaşların aparılan belə köçürmələr zamanı onların
hesablarından artıq tutulmuş vergi məbləğlərinin qaytarılması ilə bağlı
aidiyyəti üzrə müştərisi olduqları banklara müraciət etmələri tövsiyə olunur”,
– deyə DVX-nin cavabında deyilib.

Source link