402f6f1e-0007-44ab-9094-750a87820925..jpg

Zəlzələdə Türkiyəyə yardım aparan Sərvər Bəşirlinin avtomobili Adıyamanda sərgilənəcək

Baxış sayı: 405 dəfə baxılıb.

Zəlzələdə Türkiyəyə yardım aparan Sərvər Bəşirlinin avtomobili Adıyamanda
sərgilənəcək
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Sosial şəbəkələrdən məşhur olan Sərvər Bəşirlinin avtomobili Adıyamanda
sərgilənəcək.

Məlumata görə, Türkiyə-Azərbaycan İş Adamları və Sənayeçiləri Birliyinin
(TÜİB) sədri Hüseyn Büyükfırat sosial şəbəkələrdən məşhur olan Sərvər
Bəşirlinin avtomobilini Adıyamanda keçiriləcək sərgidə nümayiş etdirmək istəyir.

“Bu təklifi məmnuniyyətlə qəbul etdim. İstədikləri zaman götürə bilərlər”, –
deyə Sərvər Bəşirli təklifə cavab verib.

Xatırladaq ki, Türkiyədə ötən il fevralın 6-da baş vermiş dağıdıcı zəlzələdən
dərhal sonra köhnə avtomobilinə yüklədiyi əşyalarla qardaş dövlətə köməyə
tələsən Sərvər Bəşirlinin fotosu böyük rezonans doğurub, Türkiyə-Azərbaycan
münasibətlərinin simvoluna çevrilib.

Mənbə: Anadolu ajans

Source link