aade39b4-41ca-4447-be47-6d5551dc6d08..jpg

Zəlzələdən 10 gün sonra ortaya çıxdı: Kənd ortadan bölündü – FOTO/VİDEO

Baxış sayı: 792 dəfə baxılıb.

Zəlzələdən 10 gün sonra ortaya çıxdı: Kənd ortadan bölündü – FOTO/VİDEO

Türkiyədə fevralın 6-da baş verən dağıdıcı zəlzələ bir çox yerlərdə qırılma
xəttinin peyda olmasına səbəb olub. Bu xətlərdən biri də Qaziantepin Nurdağı
rayonunda Gökçedere kəndində qeydə alınıb.

Kəndi iki yerə bölən çat barədə bu gün məlum olub.

“Zəlzələ başlayanda elə bildik ki, Qiyamət qopdu. Uşaqlarla çölə çıxmağa
çalışdıq. Qonşuluğumda yaşayan qardaşımı çıxardıq. Qayıdanda gördük ki, dayımın
oğlunun evi dağılıb. Bir tərəfdən də yağış yağırdı. Nə baş verdiyini anlamağa
çalışırdıq. Zəlzələ olduğunu anlayanda dağıntılar altında qalanları çıxarmağa
çalışdıq. 3-4 saatdan sonra hamı özünə gələndə birlikdə dağıntılar altında
qalanların cəsədlərini çıxardıq”, – deyə sakinlərdən biri olanları danışıb.

Onun sözlərinə görə, çatlar zəlzələ baş verən günün səhəri yaranıb. Kənd
sakini həmçinin bildirib ki, əvvəlki günlər qırıq daha böyük imiş, ancaq zaman
keçdikcə afterşoklar səbəbindən qismən bağlanmağa başlayıb.

Sakinlər özləri də öz imkanları ilə – traktor və kürəklərlə bu çatları
bağlamağa çalışıblar.

Mənbə: Haber Global


Source link