e6903d68-47d3-4198-a386-b3e5f601b373..jpg

Zəlzələdən sonra dəmiryol infrastrukturuna ciddi ziyan dəyib? – RƏSMİ AÇIQLAMA + YENİLƏNİB

Baxış sayı: 498 dəfə baxılıb.

Zəlzələdən sonra dəmiryol infrastrukturuna ciddi ziyan dəyib? – RƏSMİ AÇIQLAMA
+ YENİLƏNİB
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

7 dekabr saat 08:15 radələrində Xəzər dənizində baş vermiş zəlzələdən dərhal
sonra Azərbaycan Dəmir Yolları (ADY) ərazisindəki infrastruktur obyektlərinə
texniki baxış keçirilib, süni mühəndis qurğularının (körpülər, tunellər və s.)
vəziyyəti yoxlanılıb.

ADY-dən verilən məlumata görə, aparılan yoxlamalara əsasən, zəlzələ
nəticəsində yol infrastrukturuna ciddi ziyan dəymədiyi məlum olub.

Yük və sərnişin qatarlarının hərəkəti normal rejim üzrə tam bərpa olunub.

08:46

7 dekabr tarixində səhər saatlarında Azərbaycan ərazisində baş vermiş 5.0 bal
zəlzələdən dərhal sonra “Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) Fövqəladə
Hallar Komissiyası müvafiq infrastruktur obyektlərinə texniki baxışın
keçirilməsinə başlayıb, süni mühəndis qurğularının (körpülər, keçidlər,
tunellər və s.) vəziyyəti yoxlanılır.

Bu barədə ADY-dən bildirilib.

Məlumata görə, yol infrastrukturunda aparılan texniki diaqnostika ilə əlaqədar
olaraq qatarların hərəkət sürəti qismən aşağı salınıb, bununla əlaqədar olaraq
qatarların qrafikində qismən kənaraçıxma halları müşahidə oluna bilər.

Source link