bc753072-cafe-4611-bc0c-7292df200847..jpg

Zəngəzur dəhlizinin dəmir yolu müasir İpək yoludur – VİDEO

Baxış sayı: 775 dəfə baxılıb.

Zəngəzur dəhlizinin dəmir yolu müasir İpək yoludur – VİDEO

Həkəri çayı üzərində tikilən dəmiryol körpüsünün uzunluğu 400, eni isə altı
metrdən çoxdur.

Körpü istifadəyə verildikdən sonra öz torpaqlarımızdan keçərək Naxçıvana quru
yolla çatmaq mümkün olacaq.

Lakin körpünün mahiyyəti bununla bitmir. Belə ki, Çindən Orta Dəhliz
vasitəsilə daşınan yüklər Zəngəzur dəhlizinə daxil olduqdan sonra bu körpüdən
keçərək Avropaya çatdırılacaq.

“Azərbaycan Dəmir Yolları” QSC-nin şöbə rəisi Kənan Rzayev bildirib ki, yaxın
həftələrdə körpünün tikinti işləri tam olaraq bitmiş olacaq.

Daha ətraflı İTV-nin süjetində:


Source link