Ermənistanın baş naziri Nikol Paşinyanın Meğriyə səfəri qalamaqallı olub.
“Novosti Armeniya” xəbər verir ki, şəhər sakinləri baş naziri vilayətə səfərinə etiraz ediblər.
Onlar “Nikol satqındır!” şüarını söyləyərək, Paşinyanın Süniki (Zəngəzur) tərk etməsinin tələb ediblər.
Hadisə Sünik vilayətinin Aqarak şəhərinə səfər zamanı baş verib.
Etirazçılar baş nazirin avtomobilinə hücum edib. Hadisə zamanı Paşinyanın mühafizəçisinin paltarı cırılıb.