Zəngilan Rayon Mərkəzi Xəstəxanasına direktor təyin edilib.
Cixisyolu.com xəbər verir ki, bu barədə Tibbi Ərazi Bölmələrinin İdarəetmə
Birliyindən (TƏBİB) məlumat verilib.
Bildirilib ki, TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanovun təqdimatı ilə
xəstəxananın direktoru vəzifəsi Ceyran Abbasovaya həvalə olunub.
Qeyd edək ki, Ceyran Abbasova 1985-ci ildə Zəngilan rayonunun Üdgün kəndində
anadan olub. 2003-2009-cu illərdə Azərbaycan Tibb Universitetində, 2009-2010-cu
illərdə Zəngilan Rayon Mərkəzi Xəstəxanasında internatura təhsili alıb.
C.Abbasova 2017-2022-ci illər ərzində Bakı şəhərində yerləşən 11 nömrəli
Birləşmiş Şəhər Xəstəxanasında həkim-terapevt, 2022-2024-cü illərdə isə Ağalı
Ailə Sağlamlıq Mərkəzində bölmə müdiri vəzifəsində çalışıb.