Zəngilan şəhərində dörd yaşayış məhəlləsi tikilir
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Hazırda Zəngilan şəhərində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev
tərəfindən təməli qoyulmuş bir sıra layihələr sürətlə həyata keçirilməkdədir.
“Trend” xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Dövlət Şəhərsalma
və Arxitektura Komitəsinin məlumatında bildirilir.
Komitə tikintisi davam etdirilən bir sıra layihələri təqdim edib:
– 630 ailənin yaşayacağı dörd yaşayış məhəlləsi;
– 960 yerlik tam orta məktəb;
– 160 yerlik uşaq bağçası;
– 91 çarpayılıq mərkəzi rayon xəstəxanası;
– inzibati bina;
– İşğal və Zəfər muzeyləri kompleksi.
Qeyd olunub ki, 30 il öncə Ermənistanın işğal edərək tamamilə talan etdiyi
Zəngilan şəhəri müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə
rəşadətli Azərbaycan Ordusu tərəfindən 2020-ci ildə azad edilərək bu gün
yenidən canlanır, öz intibah dövrünə qədəm qoyur. Dövlət başçısının göstərişinə
əsasən, aparıcı qlobal şəhərsalma prinsipləri nəzərə alınaraq şəhərin planlı və
sistemli inkişafını təmin etmək məqsədilə Dövlət Şəhərsalma və Arxitektura
Komitəsi tərəfindən şəhərin Baş planı hazırlanıb və aidiyyəti dövlət orqanları
ilə razılaşdırılaraq 30.10.2023-cü il tarixində Nazirlər Kabinetinin Qərarı ilə
təsdiq edilib.
Zəngilanın Baş planının hazırlanması üçün Dövlət Şəhərsalma və Arxitektura
Komitəsi nüfuzlu beynəlxalq şəhərsalma təşkilatı – İsveçrənin “Sa_partners”
şirkətini və Bakı Dövlət Layihə İnstitutunu əməkdaşlığa cəlb etmişdir.