Zəngilan sakini: “Həyatımızın ən qürurlu anlarını yaşayırıq”
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
“Həyatımızın ən qürurlu anlarını yaşayırıq”.
“Report” xəbər verir ki, bunu jurnalistlərə Zəngilan rayonu, Ağalı kənd
sakini, keçmiş məcburi köçkün Şamil Quliyev deyib.
“Çox sevindirici, qürurlu haldır ki, 30 ildən sonra öz torpaqlarımıza
qayıtdıq. Allah Prezidentimizin canını sağ eləsin! Biz Ali Baş Komandanımızın
və rəşadətli Ordumuzun sayəsində bu torpaqlara geri qayıtdıq. Bu sevinc hissini
dillə ifadə etmək mümkün deyil.
Həyatımızın ən sevincli günləridir. Allah şəhidlərimizə rəhmət eləsin,
qazilərimizə şəfa versin. Bu gündən ömrümüzün sonunadək o torpaqlarda
yaşayacağıq. Yurdu daha da abadlaşdıracağıq”, – o deyib.
Ş.Quliyev bildirib ki, müəllimdir:
“Zəngilanda ixtisasım üzrə işləmək istəyirəm. Şagirdlərimizə dərs öyrətmək,
Vətəni onlara daha da sevdirmək lazımdır”.
Qeyd edək ki, bu gün Abşeron rayonunun Masazır kəndindən Zəngilan rayonunun
yenidən salınmış Ağalı kəndinə növbəti köç karvanı yola salınıb. İndiyədək
Bakı, Sumqayıt şəhərlərində və Abşeron rayonunda müvəqqəti məskunlaşmış 25 ailə
– 127 nəfər bundan sonra doğma yurdda yaşamağa başlayacaq. Onlar ermənilərin
işğal dövründə tamamilə dağıtdıqları 1-ci, 2-ci və 3-cü Ağalı kəndlərinin
sakinləridir.