Zəngilan və Cəbrayılda əhali üçün kardioloji müayinələr təşkil olunub – FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Zəngilan və Cəbrayıl rayonlarında əhali üçün kardioloji müayinələr təşkil
olunub.
Bu barədə Cixisyolu.com-a Səhiyyə Nazirliyindən məlumat verilib.
Mayın 8-də baş tutan aksiya zamanı Səhiyyə Nazirliyi akademik C.Abdullayev
adına Elmi-Tədqiqat Kardiologiya İnstitutunun (ETKİ) tibb heyəti tərəfindən
Zəngilan rayonunun Ağalı kəndində əhali üçün kardioloji müayinələr təşkil
edilib.
Həmçinin İnstitutun təcrübəli həkimləri tərəfindən Cəbrayıl rayonunun Cocuq
Mərcanlı kəndində də əhalinin tibbi müayinələri keçirilib.