9f40ff65-d33b-4eec-bd3f-85d11c4632f0..jpg

Zəngilanda minik və yük avtomobilləri toqquşdu: Xəsarət alanların kimliyi bilindi – YENİLƏNİB

Baxış sayı: 976 dəfə baxılıb.

Zəngilanda minik və yük avtomobilləri toqquşdu: Xəsarət alanların kimliyi
bilindi – YENİLƏNİB
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bu gün İbrahimov Emin Ramiz oğlu idarə etdiyi 90-PZ-976 dövlət qeydiyyat
nişanlı “Mitsubishi” markalı minik avtomobili Ağbənd istiqamətində hərəkət edən
zaman yolun kənarında dayanmış “Maz” markalı yük avtomobilinə çırpılıb.

APA xəbər verir ki, hadisə Əhmədbəyli-Ağbənd avtomobil yolunun 92-ci
kilometrində baş verib.

Nəticədə minik avtomobilinin sərnişini – Ağdaş rayon sakini 1972-ci il
təvəllüdlü Şəmsəddin Vaqif oğlu Sədiyev hadisə yerində ölüb. Sərnişinlər –
1995-ci il təvəllüdlü Təbriz Tamis oğlu Əsədov, 1992-ci il təvəllüdlü Natiq
Aydın oğlu Bayramov və 1995-ci il təvəllüdlü Vüsal Xəqani oğlu İsmayılov və
sürücü – 1988-ci il təvəllüdlü Emin Ramiz oğlu İbrahimov müxtəlif dərəcəli
bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

18:46

Zəngilanda ölümlə nəticələn ağır yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın xəbərinə görə, hadisə rayonun Ağalı kəndində qeydə alınıb.

Hərəkətdə olan “Mitsubishi” markalı minik avtomobili ilə qoşqulu “KamAZ”
markalı yük maşını toqquşub.

Qəza zamanı minik avtomobilinin sərnişinlərindən biri hadisə yerində ölüb,
dörd nəfər isə xəsarət alıb. Xəsarət alanlar minik avtomobilinin sürücüsü Emin
İbrahimov və sərnişinlər – Natiq Bayramov, Vüsal İsmayılzadə və Təbriz adlı
şəxslərdir.

Qeyd edək ki qəzaya düşənlər işğaldan azad edilən ərazidə fəaliyyət göstərən
şirkətlərin birinin əməkdaşlarıdır.

Faktla bağlı araşdırma aparılır.

17:52

Zəngilan yolunda avtomobil qəzası olub, ölən və xəsarət alanlar var.

“Report”un Qərb bürosunun məlumatına görə, “UAZ” markal avtomobilin aşması
nəticəsində bir nəfər dünyasını dəyişib, daha dörd nəfər xəsarət alıb.

Xəsarət alanlar xəstəxanaya çatdırılıblar.

Faktla bağlı araşdırma aparılır.

Source link