Zəngilanda Zəfər Günü münasibətilə hərbçilərin yürüşü keçirilib
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Zəngilan rayonunda 8 Noyabr – Zəfər Günü münasibətilə hərbçilərin Zəfər yürüşü
keçirilib.
“Report”un xəbərinə görə, yürüş rayonun Ağalı kəndi ərazisində baş tutub.
Qeyd edək ki, yürüşdən əvvəl Zəngilan Şəhidlər xiyabanı ziyarət edilərək
Vətənimizin azadlığı uğrunda canından keçən əziz şəhidlərimizin xatirəsi bir
dəqiqəlik sükutla yad olunub.
Xatırladaq ki, Zəngilan şəhəri 2020-ci il oktyabrın 20-də Ermənistan silahlı
qüvvələrinin işğalından azad edilib.