054f3ec4-7311-4d9a-8e78-dd9700bd73cb..jpg

Zənglərinə və mesajlarına cavab vermədiyi üçün həmkəndlisini bıçaqladı

Baxış sayı: 849 dəfə baxılıb.

Zənglərinə və mesajlarına cavab vermədiyi üçün həmkəndlisini bıçaqladı

Göyçay rayon sakini bıçaqlanıb.

Cixisyolu.com-ın məlumatına görə, hadisə rayonun İnçə kəndində baş verib.

Belə ki, 1994-cü il təvəllüdlü Cavidan Ələsgərov həmkəndlisi, 1990-cı il
təvəllüdlü Əhsən Kazımov tərəfindən bıçaqlanıb.

O, kəsilmiş-deşilmiş xəsarətlərlə xəstəxanaya yerləşdirilib.

Qeyd edək ki, hadisənin Cavidan Ələsgərovun Əhsən Kazımovun telefon zənglərinə
və mesajlarına cavab verməməsi səbəbindən baş verdiyi bildirilir.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupunun baş
inspektoru, polis kapitanıMahir Məsimov saytımıza bildirib ki, Göyçay Rayon
Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri
nəticəsində Cavidan Ələsgərova bıçaqla xəsarət yetirən şəxsin zərərçəkmişin
həmkəndlisi Əhsən Kazımov olduğu müəyyən edilib və o, saxlanılaraq istintaqa
təhvil verilib.

Faktla bağlı istintaq aparılır.

İlhamə Əbülfət

Source link