f18ada06-3889-4350-9231-18bcd6736e5b..jpg

Zərərçəkmiş: “Vaqif Xaçatryan mənim atamla anamı öldürüb” – YENİLƏNİB + FOTO/VİDEO

Baxış sayı: 632 dəfə baxılıb.

Zərərçəkmiş: “Vaqif Xaçatryan mənim atamla anamı öldürüb” – YENİLƏNİB +
FOTO/VİDEO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Vaqif Xaçatryanın cinayət işi üzrə məhkəmə iclasında zərərçəkmiş Nadir Əkbərov
ifadə verib.

Cixisyolu.com-ın məlumatına əsasən, O, Vaqif Xaçatryanı tanıdığını bildirib.

“Vaqiflə şəxsi münasibətim olmayıb. Amma özünü tanıyırdım. Vaqif Meşəli
kəndindəki qətliamda iştirak edib. Vaqif hər şeyi yaxşı xatırlayır. Vaqif, sən
mənim atamı, anamı öldürmüsən. Sonradan özünüzü xəstəliyə vurub İrəvana
qaçırdınız”, – deyə o, Xaçatryana müraciət edərək bildirib.

Nadir Əkbərov qeyd edib ki, Meşəli kəndində ermənilər hamını qırmaq
istəyirdilər.

10:57

Vaqif Xaçatryanın cinayət işi üzrə məhkəmə prosesində zərərçəkmiş Salman
Rəhimov ifadə verib.

Cixisyolu.com-ın məlumatına əsasən, Salman Rəhimov deyib ki, Meşəli hadisələri zamanı
erməni silahlıları mülki əhalini qıracaqları ilə hədələyiblər.

“Vaqif Xaçatryan həmin hadisələrin təşkilatçılarından olub. Meşəli kəndindən
çoxu Vaqif Xaçatryanı tanıyırdı. Hamısı Vaqif Xaçatryanın adını çəkirdi.

Məhkəmədən xahiş edirəm ki, Vaqif Xaçatryana ən ağır cəza verilsin”, – deyə o
əlavə edib.

10:37

Bu gün qanunsuz erməni silahlı birləşmələrinin tərkibində Xocalı rayonunun
Meşəli kəndində soyqırımı törətməkdə təqsirləndirilən Vaqif Xaçatryanın cinayət
işi üzrə növbəti məhkəmə başlayıb.

Cixisyolu.com xəbər verir ki, cinayət işi Yasamal Rayon Məhkəməsinin inzibati
binasında Bakı Hərbi Məhkəməsinin hakimi Zeynal Ağayevin sədrliyi ilə
araşdırılır.

08:10

Bu gün qanunsuz erməni silahlı birləşmələrinin tərkibində Xocalı rayonunun
Meşəli kəndində soyqırımı törətməkdə təqsirləndirilən Vaqif Xaçatryanın cinayət
işi üzrə növbəti məhkəmə keçiriləcək.

Cixisyolu.com xəbər verir ki, cinayət işi Yasamal Rayon Məhkəməsinin inzibati
binasında Bakı Hərbi Məhkəməsinin hakimi Zeynal Ağayevin sədrliyi ilə
araşdırılır.

Məhkəmə prosesində zərərçəkmiş şəxslər ifadə verəcəklər.

Qeyd edək ki, V.Xaçatryanın iştirakı ilə Qarabağ iqtisadi rayonunda yaşayan,
həmçinin Ermənistan Respublikasından gəlmiş millətçi ermənilərdən ibarət
yaradılmış, Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmayan
silahlı hərbi birləşmələrdən ibarət cinayətkar birliyin tərkibində Xocalı
(keçmiş Əsgəran rayonu ərazisində) rayonunun Meşəli kəndində yerli azərbaycanlı
əhaliyə qarşı törədilmiş soyqırımı, təqib etmə, didərgin salma, silahlı
münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma cinayətləri
nəticəsində ümumilikdə 27 nəfər qəsdən öldürülüb, 21 nəfər müxtəlif dərəcəli
bədən xəsarətləri alıb, 2 nəfər kənd sakini girov götürülüb, 81 ailə
təsərrüfatından ibarət 340 nəfər daimi yaşayış yerlərindən Azərbaycan
Respublikasının digər ərazilərinə didərgin salınıb, kənd sakinlərinə ümumilikdə
13 568 060 manat, dövlətə isə 130 800 manat məbləğində maddi ziyan vurulub.

12 noyabr 2013-cü il tarixdə Xaçatryan Vaqif Çerkezoviç barəsində Cinayət
Məcəlləsinin 103 və 107-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb
edilməsinə dair qərar qəbul edilib, 14 noyabr 2013-cü il tarixdə Bakı şəhəri
Nərimanov rayon məhkəməsinin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib
və 21 noyabr 2013-cü il tarixdə axtarışı elan edilərək müvafiq sənədlər Daxili
İşlər Nazirliyinin Baş Cinayət Axtarışı İdarəsinə və İnterpolun Azərbaycandakı
Milli Mərkəzi Bürosuna göndərilib.

29 iyul 2023-cü il tarixdə Xaçatryan Vaqif Çerkezoviç səhhəti ilə bağlı
Ermənistan Respublikasının ərazisinə keçmək istəyən zaman Laçın
sərhəd-buraxılış məntəqəsində saxlanılaraq istintaqa təqdim olunub və həmin
tarixdə ona Cinayət Məcəlləsinin 103 və 107-ci maddələrində nəzərdə tutulmuş
ittiham elan edilərək barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Bu il sentyabrın 22-də təqsirləndirilən şəxs V.Xaçatryana Cinayət Məcəlləsinin
müvafiq maddələri ilə yenidən ittiham elan edilib və sentyabrın 29-da isə
cinayət işi üzrə ibtidai istintaq tamamlanaraq baxılması üçün aidiyyəti üzrə
Bakı Hərbi Məhkəməsinə göndərilib.

İş üzrə zərərçəkmiş kimi 58 vətəndaş və Xocalı Rayon İcra Hakimiyyəti tanınıb.

Xatırladaq ki, V.Xaçatryanın müdafiəçisi Natiq Bəybalayev səhhəti ilə bağlı
məhkəməyə müraciət edib. O, daha müdafiə çıxışlarına gələ bilməyəcəyini
bildirib. Hazırda V.Xaçatryanın hüquqlarını vəkil Radmina Abulova qoruyur.

Source link