Zərdab rayonunun Burunlu kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.
DİN-dən ÇıxışYolu.Com-a verilən məlumata görə, iyunun 21-də, saat 10:00 radələrində rayon sakini Nurlan Məhərrəmovun idarə etdiyi “VAZ-2107” və Mingəçevir şəhər sakini Rakif Yunusovun idarə etdiyi “Daewoo” markalı avtomobillər toqquşub.
Nəticədə R.Yunusov hadisə yerində ölüb, xəsarət almış iki sərnişini, habelə N.Məhərrəmov xəstəxanaya yerləşdiriliblər.
Zərdab RPŞ tərəfindən araşdırma aparılır.