Zərdabda bir ailənin altı üzvü qəzaya düşdü: Ölən var
Zərdab rayonunda bir ailənin beş üzvü qəzaya düşüb, qadın ölüb.
Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) məlumat yayıb.
Bildirilib ki, yanvarın 2-i saat 13 radələrində rayonun Şıxbağı kəndi
ərazisində Bakı şəhər sakini E.Qasımov idarə etdiyi VAZ-21015 markalı
avtomobili yolun kənarındakı beton maneəyə vurub.
Nəticədə sərnişini olan həyat yoldaşı Nazilə xəstəxanaya aparılarkən yolda
ölüb, özü və digər sərnişinləri – gəlini və üç nəvəsi xəstəxanaya
yerləşdiriliblər.
Faktla bağlı Zərdab Rayon Polis Şöbəsində araşdırma aparılır.