c9a6a24c-f30b-4bea-8761-56928fd5cb87.webp

Zərdabda narkokuryerlikdə şübhəli bilinən şəxs saxlanılıb

Baxış sayı: 21 dəfə baxılıb.

Zərdabda narkokuryerlikdə şübhəli bilinən şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan Cixisyolu.com
-a verilən məlumata görə, Zərdab Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən
keçirilən tədbirlər nəticəsində əvvəllər məhkum olunmuş Ensar Cəfərov
saxlanılıb. Onun üzərindən 4 kiloqrama yaxın marixuana aşkarlanıb.

Araşdırmalar zamanı E.Cəfərovun sosial şəbəkə vasitəsilə tanış olduğu İran
vətəndaşı tərəfindən kuryerliyə cəlb olunduğu və narkotik vasitəni qabaqcadan
təyin olunan yerə çatdırmalı olduğu müəyyən edilib.

Faktla bağlı cinayət işi başlanıb, araşdırmalar davam etdirilir.

Source link