Zərdab Rayon Polis Şöbəsinin əməkdaşları rayon ərazisində yerləşən beş
obyektdən oğurluq etməkdə şübhəli bilinən Cavid Qafarov, Murad Nəbiyev və
İsmayıl Namazlını saxlayıblar.
Cixisyolu.com xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin
Şirvan regional qrupu məlumat yayıb.
Bildirilib ki, dəstə üzvlərinin ələ keçirdikləri əşyaların bir qismi, eləcə də
cinayətdə istifadə olunan alətlər polis əməkdaşları tərəfindən aşkar olunaraq
maddi sübut kimi götürülüb.
Faktla bağlı araşdırmalar davam etdirilir.