12d0a458-a2e6-4a19-9154-a326a4a9c90d..jpg

Zərdabda oğurluq edən üç nəfər saxlanılıb

Baxış sayı: 378 dəfə baxılıb.

Zərdabda oğurluq edən üç nəfər saxlanılıb
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Zərdabda oğurluq edən üç nəfər saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan verilən
məlumata görə, Zərdab Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən
tədbirlərlə rayonun Böyük Dəkkə və Təzəkənd kəndləri ərazisində oğurluq
faktları törədən Ağdam rayon sakinləri T.Axunov, F.İsmayıllı və E.Baxışov
saxlanılıblar.

Araşdırmalar zamanı məlum olub ki, adıçəkilən şəxslər müxtəlif vaxtlarda kənd
sakinlərinə məxsus xırdabuynuzlu heyvanları oğurlayaraq zərərçəkmişlərə maddi
ziyan vurublar.

Faktla bağlı RPŞ-də araşdırmalar davam etdirilir.

Source link