992d89b8-a818-46f0-9a92-7c342a5f0315..jpg

Zərdabda xarici ölkə vətəndaşına narkokuryerlik edən şəxs tutulub – FOTO/VİDEO

Baxış sayı: 786 dəfə baxılıb.

Zərdabda xarici ölkə vətəndaşına narkokuryerlik edən şəxs tutulub – FOTO/VİDEO

Zərdab Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən
əməliyyat-axtarış tədbirləri nəticəsində xarici ölkə vətəndaşı tərəfindən pul
müqabilində narkokuryerliyə cəlb edilən şəxs tutulub.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan verilən
məlumata görə, polis əməkdaşları tərəfindən daxil olmuş əməliyyat məlumatı
əsasında həyata keçirilən tədbir zamanı Sumqayıt şəhər sakini Asim Hüseynzadə
saxlanılıb. Onun üzərinə keçirilən baxış zamanı külli miqdarda, yəni 4 kiloqram
128 qram narkotik vasitə olan heroin və metadon həbləri aşkar edilərək
götürülüb. Araşdırma zamanı Asim Hüseynzadənin əcnəbi narkotacirin təsiri
altına düşərək pul müqabilində onun üçün narkokuryerlik etdiyi məlum olub.
A.Hüseynzadə Zərdab rayonu ərazisindən götürdüyü narkotik vasitələri 800 manat
qarşılığında qabaqcadan təyin olunan yerə çatdırmalı imiş.

Saxlanılan şəxs ifadəsində əməlini etiraf edib.

Faktla bağlı Zərdab RPŞ-nin İstintaq Bölməsində cinayət işləri başlanılıb,
saxlanılan şəxsin cinayət əlaqələrinin müəyyən edilməsi istiqamətində tədbirlər
davam etdirilir.

Source link