Zərifə Əliyeva adına liseyin 10 illik yubileyi qeyd olunub - FOTO

Zərifə Əliyeva adına liseyin 10 illik yubileyi qeyd olunub – FOTO

Baxış sayı: 2. 442 dəfə baxılıb.

Mayın 1-də Azərbaycan Dövlət Musiqili Dram Teatrında akademik Zərifə xanım Əliyevanın adını daşıyan liseyin yaranmasının 10 illiyi ilə əlaqədar yubiley tədbiri keçirilib.

ÇıxışYolu.Com-ın xəbərinə görə, tədbiri giriş sözü ilə açan liseyin direktoru Mehriban Vəliyeva bildirib ki, bu günədək liseyi 1237 məzun bitirib.

“Onların bir çoxu 600-dən yuxarı bal toplayıb, orta statistik göstərici isə 500 baldan yüksək olub. Ötən ilin qəbul imtahanlarında liseyin iki məzunu 700 bal toplayaraq təhsil birincisi olub”, – deyə o bildirib.

Daha sonra liseyin fəaliyyətində xidmətləri olan, hazırda təhsilin müxtəlif sahələrində rəhbər işçi kimi çalışan, eyni zamanda liseydən təqaüdə gedən müəllimlərə xatirə hədiyyələri verilib.

Sonra liseyin 10 illiyinə həsr edilmiş videoçarx nümayiş olunub.

Tədbirdə təhsil naziri Ceyhun Bayramov da iştirak edib.

O, liseyin 10 illik fəaliyyətini yüksək dəyərləndirib, məktəbin təhsilə verdiyi töhfələrdən danışıb.

Nazir əldə olunan bu nailiyyətlərdə liseyin müəllimlərinin böyük əməyi olduğunu qeyd edib, təhsil müəssisəsinin şagirdlərinin beynəlxalq və respublika olimpiadalarında yüksək yerlərə layiq görüldüklərini vurğulayıb.

Sonra liseyin 27 müəlliminə Təhsil Nazirliyinin Fəxri fərman və təşəkkürnamələri təqdim edilib.

www.ÇıxışYolu.Com