Aprelin 27-də Binəqədi rayonunda Zərifə Əliyeva adına mədəniyyət və istirahət parkında görkəmli oftolmoloq alim, akademik Zərifə xanım Əliyevanın anadan olmasının 95-ci ildönümü münasibətilə tədbir keçirilib.
ÇıxışYolu.Com xəbər verir ki, tədbirdə Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov, millət vəkilləri Madər Musayev, Kəmaləddin Qafarov, Azay Quliyev, Binəqədi RİH-nin işçiləri və rayon ictimaiyyətinin nümayəndələri iştirak edib.
Tədbirin aparıcılığını Əməkdar artist Hüsniyyə Mürvətova edib.
Çıxış edənlər millət vəkilləri Kəmaləddin Qafarov, Azay Quliyev, Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin baş həkimi Səbinə Məcidova və Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov Zərifə Əliyevanı peşəkar həkim olmaqla yanaşı, həm də fəal ictimai xadim kimi xarakterizə ediblər.
Sonda qonaqlar Zərifə Əliyeva adına parkda təşkil edilən foto sərgi ilə tanış olub.