dcd892b2-d9e5-4f52-b28a-563e5b075278..jpg

“Zərifə Əliyevanın yetişdirdiyi həkimlər Azərbaycanda oftalmologiyanın inkişafında mühüm rol oynayıblar” – RƏY

Baxış sayı: 639 dəfə baxılıb.

“Zərifə Əliyevanın yetişdirdiyi həkimlər Azərbaycanda oftalmologiyanın
inkişafında mühüm rol oynayıblar” – RƏY

“Zərifə Əliyevanın yetişdirdiyi həkimlər Azərbaycanda oftalmologiyanın
inkişafında mühüm rol oynayıblar”.

Bunu “Report”a açıqlamasında Milli Məclisin deputatı Müşfiq Məmmədli deyib.

O xatırladıb ki, aprelin 28-də görkəmli oftalmoloq-alim Zərifə Əliyevanın
anadan olmasının 100-cü ildönümüdür:

“Biz Zərifə xanımın həyatına diqqət yetirsək, onun gələcəkdə müstəqil
Azərbaycan dövlətçiliyinin əsaslarını qoyan, alt strukturda baza rolunu
oynayacaq fikirləri daşıyan görkəmli bir insanın ailəsində dünyaya göz açdığını
görərik. Zərifə xanımın atası da Azərbaycan ziyalısı kimi Qafqazda böyük nüfuza
malik olmaqla yanaşı, eyni zamanda tibb sahəsində görkəmli mütəxəssis olub.
Bununla yanaşı, milli dəyərlərimizə sədaqətlə bağlı olan bir ailənin başçısı
olub. Bu dəyərləri özündə birləşdirən Zərifə xanım da bir növ onu örnək olaraq
göstərib”.

M.Məmmədli xatırladıb ki, tibb sahəsində Azərbaycan xalqını dünyada təmsil
edən böyük alimlər olub:

“Ancaq Zərifə Əliyeva Azərbaycan tarixinə adını həm oftalmoloq, həm böyük
dövlət xadimi Heydər Əliyevin həyat yoldaşı, həmçinin 200 illik məğlubiyyətlər
silsiləsindən qurtarmış, işğal altında olan torpaqlarımızı Ana Vətənə qaytarmış
Ali Baş Komandanın anası kimi qızıl hərflərlə yazdırıb. Təbii ki, Zərifə
Əliyevanın əsərlərinə, monoqrafiyalarına, xüsusilə traxomanın müalicəsi ilə
bağlı elmi işlərinə diqqət yetirsək, Moskvada yaşamasına, digər bütün
çətinliklərə baxmayaraq, alim kimi fəaliyyətini davam etdirdiyini və
Azərbaycanın oftalmologiya elminə öz töhfələrini verdiyini görərik. Bunun
nəticəsində yeni nəsil Azərbaycan oftalmoloqları yetişib və həmin həkimlər
gələcəkdə Azərbaycanda tibbin bu sahəsinin inkişafında mühüm rol oynayıblar”.

“Ali Baş Komandan yetişdirmiş uca Azərbaycan qadını kimi Zərifə xanımın
xatirəsini dərin ehtiramla yad edirik. Biz Zərifə xanımın anadan olmasının 100
illiyində həm Azərbaycan elminə töhfə vermiş bir alimin, həm də Azərbaycan
tarixində müzəffər Ali Baş Komandanı yetişdirmiş bir ananın xalqımızın
həyatında oynadığı önəmli rolu barədə çox diqqətlə düşünməliyik”, – deyə
deputat vurğulayıb.

Source link