İran XİN-nin rəhbəri Cavad Zərif Amerika tərəfini İranda hakimiyyəti devirmək məqsədilə “hərəkət qrupları” yaratmaqda ittiham edib.
ÇıxışYolu.Com xəbər verir ki, o, bu barədə öz Twitter səhifəsində yazıb.
Zərifin sözlərinə görə, 65 il əvvəl Birləşmiş Ştatlar İranda diktatura qurdular və Müsəddiqin demokratik hökumətini devirməklə, ölkə əhalisini 25 illik “təhkimçiliyə” məruz qoydular.
“İndi İran üzrə “hərəkət qrupları” təzyiq, dezinformasiya və demaqoqiyanın köməy ilə eyni şeyi etmək istəyir”, – deyə, Zərif yazıb.
O vurğulayıb ki, bu, “daha heç zaman” baş verməyəcək.
65 years ago today, the US overthrew the popularly elected democratic government of Dr. Mossadegh, restoring the dictatorship & subjugating Iranians for the next 25 years. Now an “Action Group” dreams of doing the same through pressure, misinformation & demagoguery. Never again. pic.twitter.com/ic3o652awn
— Javad Zarif (@JZarif) 19 августа 2018 г.