Zərif: Dördtərəfli əməkdaşlıq daha geniş əlaqələr üçün imkan açacaq

Zərif: Dördtərəfli əməkdaşlıq daha geniş əlaqələr üçün imkan açacaq

Baxış sayı: 6. 712 dəfə baxılıb.

Çoxtərəfli iclas Bakıda keçirildiyi üçün şadam. Dost və qonşu Azərbaycan xalqına təşəkkür edirəm. 

ÇıxışYolu.Com məlumat verir ki, bunu İran xarici işlər naziri Məhəmməd Cavad Zərif Bakıda Azərbaycan, Türkiyə, İran və Gürcüstan xarici işlər nazirlərinin birinci dördtərəfli görüşündən sonra keçirilən mətbuat konfransında deyib.

“Biz regional əməkdaşlığa sadiqliyimizi təsdiq edirik. İran güclü regiona inanır. İstəyirik ki, ikitərəfli, üçtərəfli və dördtərəfli əməkdaşlıqlar formalaşsın”, – deyən nazir qeyd edib ki, İran, Azərbaycan, Türkiyə və Gürcüstanı mədəni ortaqlıqlar bağlayır. 

Onun sözlərinə görə, beynəlxalq hüquqa hörmət ölkələrin ərazi bütövlüyünə hörməti, regionda əməkdaşlığı daha da gücləndirəcək. 

O bildirib ki, enerji, tranzit, turizm, sənaye və texnologiya sahələrində əməkdaşlıq bütün region ölkələrinin inkişafına töhfə verə bilər:

“Fars körfəzi İranı Hind okeanı və Aralıq dənizinə birləşdirir və bununla biz region ölkələrinə daha rahat marşrut təqdim edirik.

Gələcək iclaslarda bu sahələrlə bağlı daha geniş müzakirələr apara bilərik. Ümid edirəm ki, dördtərəfli əməkdaşlıq daha geniş əməkdaşlıq üçün imkan açacaq”.

Kamil HƏMZƏOĞLU
www.ÇıxışYolu.Com