582044b0-079d-4d3f-891d-b7a64705b774..jpg

Zabit olmaq istəyənlərin DİQQƏTİNƏ

Baxış sayı: 2. 251 dəfə baxılıb.

Zabit olmaq istəyənlərin DİQQƏTİNƏ

Müdafiə Nazirliyində “ehtiyat zabit hazırlığı kursu”na növbəti qəbul başlayır.

Bu barədə nazirlik məlumat yayıb.

Bildirilib ki, Müdafiə Nazirliyinin hərbi hissələrinə zabitlərin həqiqi hərbi
xidmətinə könüllü daxil olmaq arzusunda olan müddətli həqiqi hərbi xidmətini
başa vurmuş, ali təhsilli, 28 yaşınadək olan vətəndaşlar yanvarın 5-dən 25-dək
müvafiq sənədlərlə birlikdə Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzində (AO
TTM) fəaliyyət göstərən qəbul komissiyasına müraciət edə bilərlər.

“Ehtiyat zabit hazırlığı kursu”na qəbul olunmaq üçün müraciət etmiş
vətəndaşlar Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzində fəaliyyət göstərən
qəbul komissiyası tərəfindən hərbi xidmətə yararlılıq dərəcələrinin müəyyən
edilməsi məqsədilə Müdafiə Nazirliyinin Hərbi Həkim Komissiyasına
göndərilirlər. Komissiyanın qərarına əsasən hərbi xidmətə yararlı hesab edilmiş
şəxslər qəbul imtahanlarına buraxılırlar.

Fiziki hazırlığı, ümumi bilik səviyyəsi, düşünmə qabiliyyəti, peşə maraqları,
ünsiyyət qurmaq və qərar qəbuletmə bacarıqları, fərdi-psixoloji və digər
keyfiyyətlərinin öyrənilməsi məqsədilə keçirilən imtahanları müvəffəqiyyətlə
vermiş namizədlər müvafiq ixtisaslar üzrə kursa qəbul edilir.

“Ehtiyat zabit hazırlığı kursu”nu müvəffəqiyyətlə başa vuran kursantlara
“leytenant” hərbi rütbəsi verilməklə zabitlərin həqiqi hərbi xidmətinə qəbul
olunmaları barədə bağlaşma bağlanır və onlar ixtisaslarına uyğun vəzifələrə
təyin olunurlar.

Kursa qəbul olunmaq istəyən namizədlər AO TTM-də fəaliyyət göstərən qəbul
komissiyasına müraciət edərkən aşağıdakı sənədləri təqdim etməlidirlər:

– kursa qəbul olunmaq barədə ərizə (qəbul komissiyasının sədrinə);

– şəxsən yazılmış tərcümeyi-hal, əlyazma ilə 1 nüsxədə və çap edilmiş 2
nüsxədə;

– xidmət (iş və ya təhsil) yerindən xasiyyətnamə;

– ali təhsil haqqında sənədin notarial qaydada təsdiq edilmiş surəti – 1 ədəd;

– xarici dövlətlərdə təhsil almış namizədlər üçün, ali təhsil haqqında sənədin
notarial qaydada tərcümə və təsdiq edilmiş surətilə yanaşı, həmin sənədə
Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən verilmiş şəhadətnamənin
notarial qaydada təsdiq edilmiş surəti;

– doğum haqqında şəhadətnamənin və şəxsiyyət vəsiqəsinin notarial qaydada
təsdiq edilmiş surəti – 1 ədəd;

– nikah haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surəti (evli
olduqda) – 1 ədəd;

– uşaqların doğum haqqında şəhadətnamələrinin notarial qaydada təsdiq edilmiş
surəti (uşaq olduqda) – 1 ədəd;

– evlər idarəsindən və ya yerli icra hakimiyyəti orqanlarından ailə tərkibi və
yaşayış yeri haqqında arayış – 1 ədəd;

– 4 ədəd rəngli fotoşəkil (baş geyimsiz, anfas, 2 ədəd 3×4 sm və 2 ədəd 4,5×6
sm ölçüdə);

– psixiatrik, nevroloji, narkoloji, vərəm və dəri-zöhrəvi dispanserlərindən
(kabinetlərdən) qeydiyyatda olub-olmaması haqqında arayışlar;

– qeydiyyatda olduğu poliklinikadan sağlamlıq haqqında arayış;

– qeydiyyatda olduğu poliklinikadan son 5 (beş) ildə infeksion xəstəliklərlə
bağlı müraciət edib-etməməsi haqqında arayış;

– hərbi biletin surəti (notarial qaydada təsdiq olunmuş) – 1 ədəd.

Qeyd: Məhkumluğu olan hərbi vəzifəlilərin “Ehtiyat zabit hazırlığı kursu”na
qəbul üçün müraciət etməmələri xahiş olunur.

Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Şəfayət Mehdiyev küçəsi 76, “Qızıl Şərq”
hərbi şəhərciyi (Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzi)

Telefon: (012) 538-85-62

Müraciət etmə vaxtı: 2022-ci il yanvarın 5-dən 25-dək hər gün (bazar günü
istisna olmaqla) saat 09:00-dan 17:00-dək.

Source link