Azərbaycanlı K-1 döyüşçüsü, kikboksinq üzrə dəfələrlə dünya və Avropa çempionu olmuş Zabit Səmədov Moskvada azərbaycanlılarla çeçenlər arasında baş verən insidentə münasibət bildirib.
Zabit Səmədov bu barədə öz Instagram səhifəsində yazıb.
“Bizim əcdadlarımızın keçdikləri yol Qafqaz xalqları üçün igidlik nümunəsidir. Bizi həmişə hörmət etməyi, eləcədə din qardaşlarımıza və Qafqazda ərazisində yaşayan qardaşlarımıza kömək etməyi öyrədiblər
Bu gün biz Azərbaycan və Çeçen xalqları arasında ikitərəfli səmimi münasibətləri görürük, bu, bizim əcdadlarımızın münasibətlərinin nəsildən nəsilə davamıdır.
Qürur hissi ilə deyə bilərəm ki, çeçenlər bizim qardaşlarımızdır, və Çeçenistanda da mənim xalqım haqda eyni fikirləri səsləndirilər”, – deyə o bildirib.
Zabit Səmədov əminliyini vurğulayıb ki, azərbaycanlılar və çeçenlər qardaş xalqların münasibətlərini korlamağa cəhd edənlərin toruna düşməyəcəklər.