Zabit Səmədovun idman zalı müvəqqəti bağlanır

Baxış sayı: 2. 729 dəfə baxılıb.

Zabit Səmədovun idman zalı müvəqqəti bağlanır

Azərbaycanlı kikboksçu Zabit Səmədova məxsus döyüş klubu müvəqqəti olaraq fəaliyyətini dayandıracaq.

ÇıxışYolu.Com-ın əldə etdiyi məlumata görə, buna səbəb may ayında Bakıda cüdo üzrə “Böyük Dəbilqə” (Grand Slam) və paracüdo üzrə Qran Pri yarışlarının təşkilidir. 

Belə ki, “Zabit Səmədov” döyüş klubunun fəaliyyət göstərdiyi zal Heydər Əliyev İdman Arenasının daxilində fəaliyyət göstərdiyindən, yarış ərəfəsində və yarış zamanı ora giriş mümkün olmayacaq.

Qeyd edək ki, “Böyük Dəbilqə” 10-12 may və Qran-Pri isə 13-14 may tarixlərində keçiriləcək.

Xatırladaq ki, “Zabit Səmədov” döyüş klubu yanvar ayının 23-dən etibarən fəaliyyət göstərir. Rəsmi açılış isə fevralın 11-də baş tutub.

Səbuhi MUSAYEV