Zabit Şimali Koreyadan qayıqda qaçdı

Zabit Şimali Koreyadan qayıqda qaçdı

Baxış sayı: 2. 088 dəfə baxılıb.

Şimali Koreya ordusunun zabiti və bir nəfər mülki şəxs qayıqla ölkəni tərk edib və Cənubi Koreyaya qaçıblar. 

ÇıxışYolu.Com “​Yonhap” agentliyinə istinadla xəbər verir ki, onları Cənubi Koreyanın Hərbi Dəniz Qüvvələrinin əməkdaşları iki ölkə sərhədində müşahidə ediblər. 

Onlar Sarı dənizdə Pennyondo adası yaxınlığında yaxalanıb və Cənubi Koreya sahil mühafizə xidmətinə təhvil verilib. Polis faktla bağlı araşdırmalara başlayıb. 

Agentliyin məlumatına görə, ilk dəfə 2008-ci ildə Şimali Koreya ordusunun zabitlərindən biri ölkədən qaçmışdı. Həmin vaxt 28 yaşlı leytenant Cənubi Koreya sərhədini qurudan keçmişdi. 

www.ÇıxışYolu.Com