d7985171-0708-451e-af4e-1de9fe47bf87..jpg

Zabratda güclü yanğın olub – VİDEO

Baxış sayı: 649 dəfə baxılıb.

Zabratda güclü yanğın olub – VİDEO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bakının Sabunçu rayonu, Zabrat-2 qəsəbəsində yanğın olub.

Bu barədə Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.

Bildirilib ki, qurumun “112” qaynar telefon xəttinə Bakı şəhərinin Sabunçu
rayonu, Zabrat-2 qəsəbəsi ərazisində yanğın baş verməsi barədə məlumat daxil
olub.

Dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri əraziyə cəlb
olunub.

Yanğınsöndürənlərin operativ müdaxiləsi sayəsində yanğın genişlənərək ətraf
ərazilərə yayılmasına imkan verilmədən qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində 800 kv.m. sahədə kol-kos və qamışlıq ərazi yanıb,
yaxınlıqdakı tikililər və yaşayış evləri yanğından mühafizə olunub.


Source link