c68482f3-1a4d-48cb-9768-66ca7d897e25..jpg

Zabux kəndinə köç edən sakinlərə evlərinin açarları təqdim edilib – YENİLƏNİB + FOTO/VİDEO

Baxış sayı: 527 dəfə baxılıb.

Zabux kəndinə köç edən sakinlərə evlərinin açarları təqdim edilib – YENİLƏNİB
+ FOTO/VİDEO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Laçının Zabux kəndində daha 25 ailəyə (93 nəfər) evlərinin açarları təqdim
olunub.

APA-nın Qarabağ bürosu xəbər verir ki, mərasimdə Qaçqınların və Məcburi
Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin, Şərqi Zəngəzur İqtisadi rayonuna
daxil olan Laçın rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi
nümayəndəliyinin əməkdaşları və digər şəxslər iştirak ediblər.

Bununla da Zabux kəndində 121 ailə, yəni 475 nəfərin daimi məskunlaşması təmin
edilib.

06:30

Laçın rayonunun Zabux kəndinə növbəti köç karvanı yola salınıb.

Cixisyolu.com-ın məlumatına görə, Qaradağ rayonu, Lökbatan qəsəbəsində məcburi
köçkünlər üçün inşa edilmiş “Qobu Park-3” yaşayış kompleksinin qarşısından 25
ailə (93 nəfər) Zabux kəndinə yola salınıb.

Xatırladaq ki, bu günə qədər Zabux kəndinə 121 ailə (475 nəfər) köçürülüb.

Daha çox şəkil burada: PhotoStock.az

Aytac Qasımova

Source link