e4ec7afe-4eed-4daa-bbcf-1b33bdef2a84..jpg

Zabux kəndində daha 25 ailəyə evlərin açarları təqdim olunub – YENİLƏNİB + FOTO

Baxış sayı: 415 dəfə baxılıb.

Zabux kəndində daha 25 ailəyə evlərin açarları təqdim olunub – YENİLƏNİB + FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Zabuxa köçürülən ailələrə mənzillərinin açarları təqdim edilib.

Bu barədə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən
məlumat verilib.

Məlumata görə, Bakı şəhərinin Qaradağ rayonundakı “Qobu park 3” yaşayış
kompleksindən Laçın rayonunun Zabux kəndinə yola salınan növbəti köç karvanı
ünvana çatıb. Yeni köçürülən ailələrə mənzillərinin açarlarının təqdimat
mərasimi keçirilib.

Mərasimdə Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Qaçqınların və Məcburi
Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin, Azərbaycan Respublikası
Prezidentinin Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Laçın rayonunda
xüsusi nümayəndəliyinin, Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunun rəsmiləri
iştirak ediblər.

Zabuxlular hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident
İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkür
ediblər. Onlar, həmçinin torpaqlarımızı işğaldan qurtaran rəşadətli Azərbaycan
Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda
canlarından keçən şəhidlərimizə rəhmət, ailəlırinə səbir diləyiblər.

Köçürülən ailələr Zabux kəndində yenidən tikilən evlərdə məskunlaşacaqlar. Bu
mərhələdə Zabux kəndinə 25 ailə – 103 nəfər köçürülüb. Bununla da Zabux
kəndində 71 ailənin, yəni 291 nəfərin daimi məskunlaşması təmin edilib.

06:33

Laçın rayonunun Zabux kəndinə növbəti köç karvanı yola salınıb.

Cixisyolu.com-ın məlumatına görə, Qaradağ rayonu, Lökbatan qəsəbəsində məcburi
köçkünlər üçün inşa edilmiş “Qobu Park-3” yaşayış kompleksinin qarşısından 25
ailə (103 nəfər) Zabux kəndinə yola salınıb.

Xatırladaq ki, bu günə qədər Zabux kəndinə 46 ailə (188 nəfər) köçürülüb.

Daha çox şəkil burada: PhotoStock.az

Aytac Qasımova

Source link