acd3a205-07ed-4b0d-9ced-38478705b67b..jpg

Zabux sakini: “Xatirələrimə, uşaqlığıma qovuşmağa gedirəm”

Baxış sayı: 532 dəfə baxılıb.

Zabux sakini: “Xatirələrimə, uşaqlığıma qovuşmağa gedirəm”
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Zabuxdan çıxanda səkkiz yaşım var idi, oralar hamısı mənim uşaqlıq
xatirələrimdir, xatirələrimə, uşaqlığıma qovuşmağa gedirəm”.

Bu sözləri Cixisyolu.com-a açıqlamasında bu gün Zabux kəndinə köç edən keçmiş məcburi
köçkünEmin Cəfərov deyib.

O, fürsətdən istifadə edərək öz təşəkkürünü də bildirib:

“Mən Ali Baş Komandanımıza təşəkkür edirəm, 44 günlük Vətən müharibəsində
iştirak edən hərbçilərimizə, qazilərimizə təşəkkür edirəm. Bu gün azad olunan
ərazilərin yenidən qurulmasında əziyyəti olan hər kəsə təşəkkür edirəm. Şəhid
analarımızın qarşısında baş əyir, onlara təşəkkür edirəm. Bizi doğma
torpaqlarımıza qovuşdurdular. Şəhidlərimizə Allahdan rəhmət, qazilərimizə
cansağlığı diləyirəm”.

Xatırladaq ki, bu gün növbəti köç karvanı Laçın rayonunun Zabux kəndinə yola
salınıb. Bugünkü köç edənlər də nəzərə alınmaqla ümumilikdə Zabux kəndinə 146
ailə (568 nəfər) köçürülüb.

Aytac Qasımova

Source link