a43e8cbd-1a51-4a21-98ef-379ec77429a1..jpg

Zahid Oruc: “Azərbaycanda respondentlərin mütləq əksəriyyəti seçkilərdə Ərdoğanın qalib gəlməsini dəstəkləyib”

Baxış sayı: 525 dəfə baxılıb.

Zahid Oruc: “Azərbaycanda respondentlərin mütləq əksəriyyəti seçkilərdə
Ərdoğanın qalib gəlməsini dəstəkləyib”

Sosial Tədqiqatlar Mərkəzi tərəfindən Türkiyədəki seçkilərlə bağlı
Azərbaycanda ictimai rəy sorğusu keçirilib.

Cixisyolu.com xəbərinə görə, sorğunun nəticələrini bu gün keçirilən mətbuat
konfransında Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin sədriZahid Oruc
açıqlayıb.

Onun sözlərinə görə, respondentlərin mütləq əksəriyyəti, yəni 90,4%-i
keçiriləcək seçkilərdə Rəcəb Tayyib Ərdoğanın qalib gəlməsini dəstəkləyib:

“Onların 5,1%-i Kamal Kılıçdaroğlunu, 0,8%-i Məhərrəm İncəni, 0,1%-i Sinan
Oğanı qalib görmək istədiyini bildiriblər. İştirakçıların 3,5%-i hansı namizədi
dəstəkləməsi ilə bağlı rəyini isə bölüşməyib. İştirakçılar arasında Kamal
Kılıçdaroğlunu tanıyanların 89,5%-i, Sinan Oğanı tanıyanların 89,8%-i, Məhərrəm
İncəni tanıdığını qeyd edənlərin 87,8%-i prezident vəzifəsində yenidən Rəcəb
Tayyib Ərdoğanı görmək istədiyini ifadə ediblər”.

Z.Oruc qeyd edib ki, respondentlərin 87,8%-i 14 mayda keçiriləcək prezident
seçkilərində Rəcəb Tayyib Ərdoğanın qalib gələcəyini düşünürlər:

“6,3% Kamal Kılıçdaroğlunun qalib gələcəyi ehtimalını bölüşərkən, Məhərrəm
İncə və Sinan Oğan cavabını qeyd edənlər 0,8% və 0,3% təşkil ediblər.
Respondentlərin 5,9%-i bu barədə fikir bildirməkdə çətinlik çəkiblər. Ərdoğanı
dəstəkləyənlərin 96,7%-i onun qalib gələcəyini ehtimal edib. Həmçinin
Kılıçdaroğlunu dəstəkləyənlərin (6,3%) yarısı seçkilərdə Ərdoğanın qalib
gələcəyi ehtimalını bölüşüblər”.

Nəzrin Vahid

Source link