Zahid Oruc: “Paşinyanı Bakıya dəvət etmək olar”
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
“Azərbaycan dövlətinin sanksiyalara cavabı Böyük qayıdışı gücləndirməsi,
delimitasiyanı addım-addım irəliyə aparması, regionda sülhü qazanması
olmalıdır”.
“Report”un məlumatına görə, bunu parlamentin İnsan haqları komitəsinin sədri
Zahid Oruc mayın 7-də Milli Məclisin plenar iclasında çıxışı zamanı deyib.
O qeyd edib ki, sanksiyalara cavab kimi, həmçinin Azərbaycan qardaş Türkiyə
ilə hərbi-siyasi ittifaqı möhkəmləndirməli, region dövlətləri ilə
konfrontasiyaya getməməli, Azərbaycan torpaqlarının işğalına dəstək verən
konqresmenləri, dövlət katibi Ceyms Beykerdən, Göyçə dağlarına qədər gəlib
çıxan Foq Rasmussenədək hamısını qara siyahıda dünyaya sülhün düşmənləri kimi
göstərməlidir:
“Yəni Paşinyanı Bakıya dəvət etmək olar. Siyasi düşmənlərimizin və
sanksiyaçıların Azərbaycana yolu birdəfəlik bağlanmalıdır”.