c904e507-9b4a-49d3-b92c-2dce9f57a8f7..jpg

Zakir Əliyev: “Yeddi aylıq qızım qucağımda dünyasını dəyişdi” – VİDEO

Baxış sayı: 646 dəfə baxılıb.

Zakir Əliyev: “Yeddi aylıq qızım qucağımda dünyasını dəyişdi” – VİDEO

“Əziz insanları hər zaman yanında görmək istəyirsən. O da mənim
valideynlərimdir. Valideyn yarası heç zaman sağalmır. Yeni il gecəsi anam, üç
ay sonra isə bacım Novruz bayramında dünyalarını dəyişdilər. Anamın vəfatından
sonra iki ay dərin stres yaşadım. Bu itkini çox dərin keçirdim. Özümdə
deyildim. Mənə söz deyirdilər, eşitmirdim. Bir şey deyirlər, yadımda qalmırdı”.

Bizim.media xəbər verir ki, bu sözləri Əməkdar artist Zakir Əliyev
verilişlərin birində deyib.

Anasını və bacısını itirən sənətçi bildirib ki, bu ağrını və acını dünyaya
gələn qızı ilə ovutmağa çalışıb:

“Bacım dünyasını dəyişəndən sonra bir təsəlli kimi Allah bizə övlad payı
verdi. Uşaq mələk idi. O, dünyaya gələndən sonra xəstəxanadan çıxaranda
avtomobildə onu qucağıma aldım, inanmadım ki, bu uşaq mənim övladımdır. O, ay
parçası kimi bir uşaq idi. Övladımın dünyaya gəlməsi məni o dərin stresdən
çıxardı. O uşaq sanki dünyamı dəyişdi”.

Lakin Z.Əliyevin övlad sevinci çox çəkməyib. Belə ki, yeddi ayında ağır
şəkildə xəstələnən müğənninin qızı Nərgiz dünyasını dəyişib.

“Amma bu xoşbəxtlik uzun sürmədi. Çünki övladım cəmi yeddi ay yaşadı. Adını
Nərgiz qoymuşduq. O hissi yaşamışam… Digər övladlarım qızımın öldüyünü
biləndə evdə bağırırdılar. Təcili yardımı çağırsaq da, kömək edə bilmədilər.
Körpə çox pis xəstələndi, soyuqladı və bronxları tutuldu.

Evdə bir dəqiqənin içində nəfəsi getdi, gəlmədi. Yəni övladın körpə, kiçik,
azyaşlı olmasından asılı olmayaraq valideynin qəlbində böyük iz salır. Həyat
yoldaşımla kiçik bir qutu tapdıq. Körpəmizi o qutunun içinə qoyub kəndə
apardıq. Körpəmi qardaşımla birgə böyük övlad kimi dəfn etdik. Mən bunu Allahın
imtahanı hesab edirəm. Şükür Allahın məsləhətinə. Görünür ki, bütün bu
stresləri mən yaşamalı idim”, – deyə Zakir Əliyev vurğulayıb.


Source link