Zakir Həsənov: Ordu Ali Baş Komandanın hər bir əmrinə hazırdır

Zakir Həsənov: Ordu Ali Baş Komandanın hər bir əmrinə hazırdır

Baxış sayı: 2. 912 dəfə baxılıb.

Müdafiə naziri, general-polkovnik Zakir Həsənov aprelin 11-də ölkəmizdə keçirilən Prezident seçkilərinin uğurla başa çatması və cənab İlham Əliyevin növbəti dəfə inamlı qələbə qazanaraq Azərbaycan Respublikasının prezidenti vəzifəsinə yenidən seçilməsi münasibətilə Ordumuzun şəxsi heyətini təbrik edib.

Bu barədə ÇıxışYolu.Com-a Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Müdafiə naziri bildirib ki, Azərbaycan Ordusunun şəxsi heyəti səsvermə prosesində böyük ruh yüksəkliyi ilə iştirak edib, ölkəmizin təhlükəsizliyi və demokratik inkişafı naminə doğru seçim edərək ən layiqli namizədə səs verib.

General-polkovnik Zakir Həsənov bir daha əmin edib ki, Azərbaycan Ordusunun şəxsi heyəti Vətənimizin keşiyində ayıq-sayıq dayanıb, torpaqlarımızın azad edilməsi və ərazi bütövlüyümüzün təmin olunması məqsədilə Silahlı Qüvvələrin Ali Baş Komandanının hər bir əmrinin icrasına hazırdır və qadirdir.

www.ÇıxışYolu.Com