260f3de8-0def-4393-940e-b247375a2914..jpg

Zakir Həsənov Ankarada Heydər Əliyev Parkını ziyarət edib – YENİLƏNİB + FOTO

Baxış sayı: 656 dəfə baxılıb.

Zakir Həsənov Ankarada Heydər Əliyev Parkını ziyarət edib – YENİLƏNİB + FOTO

Türkiyənin Zəfər Bayramı münasibətilə keçiriləcək silsilə tədbirlərdə iştirak
etmək məqsədilə qardaş ölkəyə işgüzar səfər edən Azərbaycan Respublikasının
müdafiə naziri general-polkovnik Zakir Həsənov Ankara şəhərində Heydər Əliyev
Parkını ziyarət edib.

Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

Xalqımızın ümummilli lideri Heydər Əliyevin parkdakı abidəsi önünə əklil
qoyulub, hörmət və ehtiram nümayiş etdirilib.

09:38

Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov Türkiyə
Respublikasının milli müdafiə naziri Yaşar Gülərin dəvəti ilə qardaş ölkəyə
işgüzar səfər edib.

Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Qeyd olunub ki, general-polkovnik Z.Həsənov 30 Avqust – Türkiyənin Zəfər
Bayramı münasibətilə keçiriləcək silsilə tədbirlərdə iştirak edəcək.

Səfər çərçivəsində, həmçinin, müdafiə nazirinin Türkiyə Respublikası Milli
Müdafiə Universitetinin tabeliyindəki xüsusi təyinatlı təhsil müəssisələrində
keçirilən buraxılış mərasimlərində iştirakı da planlaşdırılıb.

Source link