ec6a83d9-5e45-46eb-87c2-801009344478..jpg

Zakir Həsənov azad edilən ərazilərdə xidmət edən hərbi qulluqçularla görüşüb – FOTO/VİDEO

Baxış sayı: 503 dəfə baxılıb.

Zakir Həsənov azad edilən ərazilərdə xidmət edən hərbi qulluqçularla görüşüb –
FOTO/VİDEO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov, Prezidentin Laçın
rayonunda xüsusi nümayəndəsi Məsim Məmmədov və nazirliyin digər rəhbər heyəti
azad edilmiş ərazilərdə xidmət edən hərbi qulluqçularla görüşüblər.

Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, müdafiə naziri şəxsi heyətin fərdi hazırlığının
təkmilləşdirilməsi, bilik və bacarığının daha da artırılması üçün üzərinə düşən
vəzifələrin layiqincə yerinə yetirilməsinin vacibliyini vurğulayıb. Ali Baş
Komandanın istənilən tapşırıqlarının icrasına hər an hazır olmaları hərbi
qulluqçuların diqqətinə çatdırılıb.

M.Məmmədov Azərbaycan Prezidentinin diqqət və qayğısı sayəsində ölkəmizin
bütün bölgələrində, o cümlədən azad edilmiş ərazilərdə hərbi qulluqçuların
maddi-texniki təminatının, sosial-məişət şəraitinin daha da yaxşılaşdırılması
istiqamətində görülən işlərdən danışıb. Bu işlərin gələcəkdə də davam
etdiriləcəyinə əminlik ifadə edib.
Sonra xidmətdə fərqlənən bir qrup hərbi qulluqçu qiymətli hədiyyələrlə təltif
edilib.

Nazir təqdim edilən hərbi texnikalara baxış keçirib, onların heyətlərinin
hazırlığını yoxlayıb.

Hərbi hissədə yaradılan şəraitlə maraqlanan müdafiə nazirinə məruzə edilib ki,
burada silah otağı, yataqxana, yeməkxana, mətbəx, ərzaq və əşya anbarları,
hamam-sanitar qovşağı, camaşırxana-qazanxana və ərazinin fasiləsiz elektrik
enerjisi ilə təmin olunması məqsədilə generatorlar mövcuddur.

General-polkovnik Z.Həsənov hərbi qulluqçuların sosial-məişət şəraitinin daha
da yaxşılaşdırılması, eləcə də döyüş hazırlığının yüksək səviyyədə saxlanması
ilə bağlı aidiyyəti vəzifəli şəxslərə müvafiq tapşırıqlar verib.

Sonda şəxsi heyətlə birgə nahar edilib.


Source link