687598cb-74e7-49bf-8f76-541b94f1b4fe..jpg

Zakir Həsənov azad edilmiş ərazilərdə: Yeni hərbi obyektlər istifadəyə verildi – FOTO/VİDEO

Baxış sayı: 738 dəfə baxılıb.

Zakir Həsənov azad edilmiş ərazilərdə: Yeni hərbi obyektlər istifadəyə verildi
– FOTO/VİDEO

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı
İlham Əliyevin diqqət və qayğısı nəticəsində ordunun maddi-texniki təminatı
daha da gücləndirilir və müasir standartlara cavab verən hərbi infrastruktur
qurulur. Müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin digər
rəhbər heyəti azad edilmiş ərazilərdə yeni istifadəyə verilən hərbi obyektlərə
baxış keçirib.

Bununla bağlı Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb.

Müdafiə naziri ilk olaraq yeni istifadəyə verilmiş texniki-təmir məntəqəsində
görülən işlərlə tanış olub.

Məruzə edilib ki, texniki-təmir məntəqəsində avtomobil, zirehli texnika, eləcə
də raket-artilleriya silahlarının cari və orta təmirinin aparılması üçün bütün
imkanlar yaradılıb. Məntəqədə ehtiyat hissələrin saxlanılma anbarı da mövcuddur.

Sonra rəhbər heyət Birləşmiş Anbarlar Mərkəzində və yeni istifadəyə verilən
Raket-Artilleriya Silahları anbarında olub.

Yaradılan infrastrukturla tanış olan müdafiə nazirinə Azərbaycan Ordusunun
müvafiq istiqamətdə dislokasiya olunan bölmələrini silah və döyüş sursatı ilə
fasiləsiz təmin etmək üçün anbarda bütün növ şəraitin yaradıldığı barədə
məlumat verilib.

Bildirilib ki, yeni istifadəyə verilən anbarda silah və döyüş sursatının
müxtəlif iqlim şəraitində uzun müddətli saxlanılması zamanı keyfiyyətinin
qorunması üçün müasir standartlara cavab verən şərait mövcuddur.

Birləşmiş Anbarlar Mərkəzinin və yeni istifadəyə verilən hərbi infrastrukturun
imkanları ilə tanış olan müdafiə naziri xüsusilə sərt iqlim və kəskin relyefli
ərazilərdə dislokasiya olunan bölmələrin fasiləsiz təminatı, o cümlədən bütün
növ təminat vasitələrinin – ərzaq, əşya-əmlak, yanacaq, silah-sursat, döyüş
texnikasının ehtiyat hissələrinin və digər əmlakın qorunub-saxlanılması ilə
bağlı müvafiq vəzifəli şəxslərə tapşırıqlar verib.


Source link