Minskdə səfərdə olan Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənov Belarus Silahlı Qüvvələrinin yaradılmasının 100 illiyinə həsr olunan təntənəli mərasimdə iştirak edib.
Nazirlikdən ÇıxışYolu.Com-a verilən məlumata görə, iki ölkə arasında hərbi əməkdaşlığın inkişafında göstərdiyi xidmətlərə görə, Azərbaycanın müdafiə naziri “Belarus Respublikası Silahlı Qüvvələrinin 100 illiyi” yubiley medalı ilə təltif olunub.
Sonra general-polkovnik Z.Həsənov və digər ölkələrin nümayəndə heyətlərinin rəhbərləri Minsk şəhərindəki Qələbə meydanını ziyarət edərək Qələbə abidəsinin önünə əklil qoyublar.