Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov Çinə rəsmi səfər çərçivəsində bu ölkənin hərbi sənaye kompleksinə daxil olan “Poly Technologies” şirkətində olub.
ÇıxışYolu.Com-ın Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadla verdiyi xəbərə görə, şirkətin rəhbərliyi ilə görüşdə general-polkovnik Z.Həsənova bu müdafiə sənayesi müəssisəsinin fəaliyyəti barədə ətraflı məlumat verilib.
Sonra müdafiə naziri müəssisənin istehsal etdiyi müasir döyüş texnikası və digər hərbi təyinatlı məhsullar ilə tanış olub.