Türkiyədə səfərdə olan Azərbaycan Respublikasının müdafiə naziri, general-polkovnik Zakir Həsənov mayın 10-da İzmir şəhərində keçirilən “Efes-2018” beynəlxalq təlimlərinin yekun mərhələsində iştirak edib.
Bu barədə ÇıxışYolu.Com-a Müdafiə Nazirliyindən məlumat verilib.
Azərbaycan nümayəndə heyəti yüksək səviyyəli müşahidəçilərlə birgə “Doğanbey” poliqonunda yaradılmış Təlim İdarəetmə Mərkəzini ziyarət edib.
09:30
İzmir şəhərində keçirilən “Efes-2018” beynəlxalq təlimlərinin mayın 9-da “Doğanbey” poliqonunda gecə mərhələsi baş tutub.
Bu barədə ÇıxışYolu.Com-a Müdafiə Nazirliyindən məlumat verilib.
Azərbaycan Respublikası müdafiə naziri, general-polkovnik Zakir Həsənovun rəhbərlik etdiyi geniş tərkibdə nümayəndə heyəti əvvəlcə Türkiyə müdafiə sənayesi sərgisini ziyarət edərək hərbi təyinatlı müasir silah və döyüş texnikaları nümunələri ilə tanış olublar.
Sonra Azərbaycan nümayəndə heyəti yüksək səviyyəli müşahidəçilərlə birgə təlimin gecə saatlarında keçirilən mərhələsini izləyib.