Zakir Həsənov hərbi obyektlərin açılışında - FOTO

Zakir Həsənov hərbi obyektlərin açılışında – FOTO

Baxış sayı: 2. 914 dəfə baxılıb.

Azərbaycan Respublikasının prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin tapşırığına əsasən müdafiə naziri, general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti hərbi təyinatlı bır sıra obyektlərin açılışında iştirak ediblər.

Bu barədə ÇıxışYolu.Com-a Müdafiə Nazirliyindən məlumat verilib.

Müdafiə naziri müasir tələblərə cavab verən yanacaq sürtkü materialları anbarı, avtomobillərin texniki təmiri və qulluğu məntəqəsinin açılışında iştirak edib, burada yaradılan şəraitlə tanış olub və müvafiq tapşırıqlarını verib.

Sonra general-polkovnik Z.Həsənov hərbi hissələrdən birində yeni inşa edilən yeməkxananın açılışında iştirak edərək şəxsi heyətlə birlikdə nahar edib.

www.ÇıxışYolu.Com