c84e08fd-f4d3-405f-ae66-d166521aa33b..jpg

Zakir Həsənov komanda-qərargah təlimlərini izlədi, tapşırıqlar verdi – FOTO/VİDEO

Baxış sayı: 357 dəfə baxılıb.

Zakir Həsənov komanda-qərargah təlimlərini izlədi, tapşırıqlar verdi –
FOTO/VİDEO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

2024-cü ilin hazırlıq planına uyğun olaraq Azərbaycan Ordusunda hərbi
hissələrin döyüş hazırlığının yüksək səviyyədə saxlanması məqsədilə keçirilən
təlimlər davam etdirilir.

Bununla bağlı Müdafiə Nazirliyi məlumat yayıb.

Təlimlərə cəlb edilən hərbi hissələrin bölmələri həyəcan siqnalı ilə daimi
dislokasiya məntəqələrini tərk edərək cəmləşmə rayonlarında tərtibləniblər.

Müdafiə Nazirliyinin rəhbər heyəti ümumqoşun təlim mərkəzlərində keçirilən
komanda-qərargah təlimlərinin gedişatını izləyib.

Səhra şəraitində açılan komanda idarəetmə məntəqəsinə gələn general-polkovnik
Z.Həsənov əməliyyatların aparılması zamanı komandir və qərargah zabitlərinin
xəritə üzərində qəbul edilən qərarlara dair məruzələrini dinləyib.

Bildirilib ki, keçirilən təlimdə əsas diqqət komandir heyətinin çevik qərar
qəbuletmə bacarıqlarının, qərargahların qarşılıqlı fəaliyyətinin, eləcə də
onların mürəkkəb şəraitlərdə döyüş tapşırıqlarını idarəetmə qabiliyyətlərinin
daha da təkmilləşdirilməsinə yönəldilib.

General-polkovnik Z.Həsənov təlimin gedişatını müsbət qiymətləndirib və döyüş
hazırlığı tədbirlərinin müasir döyüş aparma üsulları nəzərə alınmaqla, daha
keyfiyyətli keçirilməsi ilə bağlı aidiyyəti üzrə vəzifəli şəxslərə müvafiq
tapşırıqlar verib.


Source link