207d22c9-c54b-44d1-a6b9-142487483d9a..jpg

Zakir Həsənov misirli həmkarı ilə görüşdü – FOTO

Baxış sayı: 446 dəfə baxılıb.

Zakir Həsənov misirli həmkarı ilə görüşdü – FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“EDEX 2023” beynəlxalq müdafiə sərgisində iştirak etmək üçün Misirdə olan
Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənovun bu
ölkəyə səfəri davam edir.

Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, səfər çərçivəsində general-polkovnik Z.Həsənov Misir Ərəb
Respublikasının müdafiə naziri general-polkovnik Mohamed Ahmed Zaki ilə görüşüb.

Azərbaycanın Misirdəki fövqəladə və səlahiyyətli səfiri Elxan Poluxovun da
iştirak etdiyi görüşdə ölkələrimiz arasında hərbi, hərbi-texniki sahələrdə
əməkdaşlığın cari vəziyyəti və inkişaf perspektivləri, eləcə də qarşılıqlı
maraq doğuran digər məsələlər müzakirə edilib.

Source link