668d0c8a-ee80-43bf-8b2a-ceb2949977be..jpg

Zakir Həsənov qoşunların döyüş qabiliyyətinin daha da artırılması ilə bağlı tapşırıq verdi – FOTO/VİDEO

Baxış sayı: 1. 507 dəfə baxılıb.

Zakir Həsənov qoşunların döyüş qabiliyyətinin daha da artırılması ilə bağlı
tapşırıq verdi – FOTO/VİDEO

Müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər
heyəti dövlət sərhədinin Kəlbəcər və Laçın rayonu sahəsində yerləşən bir sıra
döyüş mövqelərinə baxış keçirib, burada xidmət edən hərbi qulluqçuların
sosial-məişət şəraiti ilə maraqlanıblar.

Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, döyüş növbətçiliyinin gecə və gündüz keyfiyyətli təşkili və
aparılması üçün hər cür şərait mövcuddur. Müşahidə məntəqələri müasir texniki
avadanlıqlarla təchiz olunub.

General-polkovnik Z.Həsənov döyüş növbətçiliyinin təşkili və qoşunların döyüş
qabiliyyətinin daha da artırılması ilə bağlı vəzifəli şəxslər qarşısında
konkret tapşırıqlar qoyub.

Sonra nazir Kəlbəcər və Laçın rayonlarında yeni istifadəyə verilmiş hərbi
obyektlərə baxış keçirib.

Məruzə olunub ki, müasir tələblər nəzərə alınmaqla yeni inşa edilmiş hərbi
infrastrukturlarda şəxsi heyət üçün lazımi şərait yaradılıb.

Daha sonra nazirliyin rəhbər heyəti hərbi hissələrin parkında texnikaların
saxlanma şəraiti, istismarı və göstərilən texniki xidmətin keyfiyyəti ilə
maraqlanıb. Texniki xidmət və təmir məntəqələrində yaradılan şəraitlə tanış
olan müdafiə nazirinə bildirilib ki, müasir avadanlıqlarla təchiz olunan
məntəqələrdə döyüş texnikaları və avtomobillərə texniki xidmətin göstərilməsi
üçün hər cür şərait yaradılıb. Bu məntəqələrdə döyüş texnikası və nəqliyyat
vasitələrinə planlı şəkildə mövsümi qulluğun göstərilməsi nəzərdə tutulub.

General-polkovnik Z.Həsənov məntəqələrdə görüləcək işlər zamanı şəxsi heyətin
təhlükəsizlik qaydalarına tam əməl etməsi, eləcə də digər vacib məsələlərlə
bağlı tapşırıqlarını çatdırıb.

Sonda Kəlbəcər və Laçın rayonlarında tikintisi davam edən bir neçə hərbi
obyektdə aparılan inşaat işlərinin gedişatını yoxlayan nazir tikinti işlərinin
keyfiyyətli aparılması ilə əlaqədar müvafiq tapşırıq və tövsiyələrini verib.


Source link